Ərdoğan İrana rəsmi səfər edəcək

Ərdoğan İrana rəsmi səfər edəcək

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfər edəcək. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, hökumət başçısı İrana Cənubi Koreyadan gələcək və martın 26-27-si bu ölkənin paytaxtı Seulda keçirilmiş nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitin detalları barədə İran prezidenti Mahmud Əhmədinejadı məlumatlandıracaq. Cənab Ərdoğanın həmçinin İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi, xarici işlər naziri Əli Əkbər Salehi, vitse prezident Məhəmmədrza Rəhimi və digər yüksək səlahiyyətli şəxslərlə görüşəcəyi gözlənilir. Görüşlərdə regional, ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə