BMT və Ərəb Liqasının Təmsilçisi Kofi Annanın müşaviri hazırladıqları planın Suriya hökuməti tərəfindən qəbul edildiyini açıqlayıb.
Dünən Rusiyada Suriya məsələsi barədə danışıqlıqlar aparan Annan, bu gün də planı dəstəkləməsi üçün Çinə gəlmişdi.
Suriya hakimiyyəti ölkədəki böhranın həlli üçün Kofi Annan tərəfindən irəli sürülən təkliflərlə razılaşıb. Bu barədə "France-Presse" K.Annanın nümayəndəsinə istinadən məlumat yayıb. BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi olan K.Annan martın 27-də təklif etdiyi həll planı ilə bağlı Suriyadan rəsmi cavab alıb.
K.Annanın əsas təkliflərindən biri münaqişə tərəflərinin BMT-nin müşahidəsi altında hər cür zorakılığa son qoyması və ordu hissələrinin iri şəhərlərdən çıxarılmasıdır. Sənəddə qanunsuz həbs olunmuş şəxslərin buraxılması, silahlı münaqişədən zərər çəkən rayonlara humanitar yardım göndərilməsinin təmin olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB