Çinin dövlət başçısı Hu Jintaonun Hindistana gəlməsinə etiraz edən bir tibetli Yeni Delhidə təşkil edilən 600 nəfərlik nümayişdə bir anda özünə od vurub. Jamphel Yeshi adlı vətəndaş nümayiş keçirilən yerdə Tibet bayraqları və suyun köməyi ilə çətinliklə söndürülüb. Bədəninin 98 faizi yanan Yeshinin vəziyyəti olduqca ağır qiymətləndirilir.
Tibetdə 2011-ci ilin əvvəlindən bəri 29 nəfər Çin rəhbərliyinin tətbiq etdiyi qadağalar, azadlıq tələbi və ruhani liderləri Dalay Lamanın Tibetə dönməsi tələbləriylə özünü yandırıb. Bu tibetlilərdən 20-si həyatını itirib. Tibetliler Çinin 1950-ci ildə onların torpaqlarını işğal etdiyini və ölkələrini mədəni soyqırıma uğratdığını söyləyirlər. Çin isə Tibetin hər vaxt öz sərhədləri içərisində olduğunu iddia edir. Dalay Lama 1959-cu ildə Tibetdə Çinə qarşı üsyana başlamış, lakin üsyan müvəffəqiyyətsizliyə uğradığına görə Hindistana mühacirət etmişdi.
Tibetliler Dalay Lamanın geri dönməsi tələbini irəli sürərkən Çin rəhbərliyi tibetlilerin ruhani liderinə müstəqillik istəyindən imtina etdiyi halda müzakirələr aparılacağı şərtini ortaya qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB