Fransa irqçi siyasət yürüdür

Fransa irqçi siyasət yürüdür

Fransanın Tuluza şəhərində bir həftədə 7 adamı öldürən Məhəmməd Merahın polis əməliyyatında öldürülənlər üçün dünən yenə nümayiş təşkil edildi.

Cinayətlərin ardından ölkədə gərginlik isə xeyli artıb. İrqçi Milli Cəbhə Partiyasının lideri Marine Le Pen \"Merah kimi yüzlərlə adam hər gün Fransaya daxil olur. Hər gün Türkiyədən Yunanıstana 300 qaçaq immiqrant gəlir. Fransada hər il qəbul edilən immiqrant sayını 200 mindən 10 minə salacağam. Radikal İslamı diz çökdürəcəyəm\", deyib.

Seçki dövründə qatı sağçıların səsinə ümid edən hazırkı dövlət başçısı Nicolas Sarkozi da millətçilərdən geri qalmayıb. Sarkozi Tuluzadakı hücumlarda öldürülən iki ərəb əslli Fransa əsgəri üçün \"görünüşcə müsəlman\" deyib. Sosialistlər və Kommunistlər Sarkozini irqçiliklə günahlandırıb. Sarkozi bundan sonra radikal dindarların ölkəyə girişini məhdudlaşdıracağını açıqlayıb. Parisdə keçirilməsi nəzərdə tutulan konfransa gəlməyə hazırlanan qatarlı imamYusuf Karadhaouinin səfəri də ləğv edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə