Pakistanda yol qəzası: 20 ölü, 25 yaralı

Pakistanda yol qəzası: 20 ölü, 25 yaralı

Pakistanın Pəncab əyalətindəki Şekxupura şəhərindən Lahor şəhərinə gedən avtobus aşıb. SİA-nın xarici mətbuata istinadən məlumatıan görə, yol-nəqliyyat hadisəsi nəticəsində içərisində 55 sərnişin olan avtobusda 20 nəfər həlak olub, azı 25 nəfər yaralanıb.

İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və yüksək sürətlə hərəkət edən maşın bir neçə dəfə aşıb. Həkimlərin sözlərinə görə, zərərçəkmiş adamlardan bir neçəsinin vəziyyəti çox ağırdır. Buna görə də, hadisə qurbanlarının sayı arta bilər.


Bütün xəbərlər Facebook səhifəmizdə