Almaniya kansleri: \"Yunanıstanın Avrozonanı tərk etməsi faciə ilə nəticələnəcək\"

Almaniya kansleri: \"Yunanıstanın Avrozonanı tərk etməsi faciə ilə nəticələnəcək\"

Yunanıstanın Avrozonanı tərk etməsi faciə ilə nəticələnəcək. SİA-nın xəbərinə görə, bunu Almaniya kansleri Angela Merkel Avropanın maliyyə nazirlərinin görüşündən əvvəl deyib: "Əgər bu baş verərsə, növbəti qurban kim olacaq?", -deyə o əlavə edib.

Qeyd edək ki, görüşdə problemlə üzləşən digər ölkələrə yardım üçün olan stabilləşdirci fondun qaldırılması məsələsi müzakirə olunacaq. Bununla belə, Beynəlxalq Valyuta Fondu Avropa ölkələrinə yardımı artırmaq niyyətində olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə