Liviyanın mərhum lideri Qəddafi Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz Al Səudin öldürülməsini planlaşdırmaq niyyətində olub. Ancaq sui-qəsdin qarşısı Misirin devrilən prezidenti Hüsnü Mübarək tərəfindən alınıb. Bunu Misirin eks prezidenti Mübarək öz memuarlarında yazıb.
Memuarlarda adıçəkilən planın nə vaxta aid olduğu bildirilmir.
Qeyd edək ki, Abdullah bin Əbdüləziz Al Səud Misir prezidenti Hüsnü Mübarəki üsyanlar zamanı sona kimi dəstəkləyən yeganə şəxs olub. Kral hamı Mübarəkdən üz döndərən zaman belə onun edam edilməsinə yol verilməməli olduğunu bildirmişdi.
H. Mübarək yazılarında həmçinin Liviya lideri Qəddafinin Afrikada ən varlı adam olduğunu da qeyd edib. Xaricdə - İtaliya, Böyük Britaniya kimi ölkələrdə onun böyük qızıl ehtiyatı olub. "Qəddafi öz xalqına inanmırdı. O, xəyanətdən ehtiyat edirdi və istənilən anda ölkədən getməyə hazır idi.
Məhz Qəddafi hakimiyyəti dövründə Afrikada ən böyük təhlükə olub. O, Sudanda, Çadda, Əl-Cəzairdə silahlı konfliktlərin qızışmasında məsuliyyət daşıyır. Qəddafi bu ocağın sönməməsi üçün böyük səy göstərir, sonra da onları öz maraqlarına uyğun idarə edirdi".
Xatırladaq ki, 42 il hakimiyyətdə olan Müəmmar Qəddafi ötən il oktyabr ayında ölkədə başlayan qarşıdurmalar zamanı üsyançılar tərəfindən qətlə yetirilib. Onun meyiti Misrata şəhərində ictimaiyyətə nümayiş ediləndən sonra gizli yerdə dəfn edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB