Düşənbədə Tacikistan, Əfqanıstan, Pakistan və İran prezidentlərinin dördtərəfli görüşü olub

Düşənbədə Tacikistan, Əfqanıstan, Pakistan və İran prezidentlərinin dördtərəfli görüşü olub

Düşənbədə Tacikistan, Əfqanıstan, Pakistan və İran prezidentləri - Emoməli Rəhmon, Həmid Karzai, Asif Əli Zərdari və Mahmud Əhmədinejadın dördtərəfli görüşü keçirilib. SİA-nın məlumatına görə, Prezident Emoməli Rəhmon dövlət başçılarını salamlamış, bu ölkələr arasında iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik sahələrində Əməkdaşlıq Forumunun yaradılmasını təklif edib. Görüşdə qeyd olunub ki, Tacikistan, Əfqanıstan, Pakistan və İranın regionda müasir elektrik enerjisi və qaz təchizatı sistemlərinin yaradılması, avtomobil və dəmiryol xətlərinin tikintisi və digər sahələrdə birgə əməkdaşlığın vaxtı çatıb. Bundan əlavə, görüşdə Qırğızıstan və Tacikistan ərazisindən keçməklə Çindən Əfqanıstana qədər uzanan dəmir yol layihəsinin tikintisi haqqında da müzakirələr aparılmışdır.


Bütün xəbərlər Facebook səhifəmizdə