Bu gün Suriyanın müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatlarda ölənlərin sayı 55 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qarşıdurmalar nəticəsində Hamada 15, Humusda biri uşaq olmaqla 11, İdlib şəhərində 10, Dərə şəhərində 8, Halepdə 6, paytaxt Dəməşqdə isə 5 nəfər həlak olub. Hadisə nəticəsində xeyli sayda insan həbs olunub. Suriyada qarşıdurmalar hələ də davam etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB