Seulda keçiriləcək beynəlxalq nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Cənubi Kolreyaya 3 günlük səfər edən ABŞ prezidenti Barak Obama Koreya yarımadasını bölən demarkasiya xəttinə baş çəkib. Barak Obama dünyada ən gücləndirilmiş sərhədlərdən birinin keçdiyi 38 paraleldəki demilitarizasiya zonasını hərbi vertolyotda havadan müşahidə edib. O, Cənubi Koreyanın Şimali Koreya ilə sərhədi yaxınlığında yerləşdirilmiş amerikalı əsgərlərlə də görüşüb. ABŞ-ın Cənubi Koreyada 28 mindən çox hərbçisi xidmət göstərir. Bu, ABŞ prezidenti tərəfindən Cənubi və Şimali Koreya arasındaki demarkasiya zonasına dördüncü səfərdir.
Qeyd edək ki, Cənubi Koreyada nüvə təhlükəsizliyi sammiti Pxenyanın orbitə kosmik peyk buraxmağa hazırlaşdığı ilə bağlı bəyənatı fonunda keçirilir. ABŞ və onun müttəfiqləri isə bu bəyənatın arxasında uzaq mənzilli raket sınağının gizləndiyini hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB