Fransada yəhudiləri qətlə yetirən cinayətkarı tutnaq üçün 10 saat kifayət edib

Fransada yəhudiləri qətlə yetirən cinayətkarı tutnaq üçün 10 saat kifayət edib

Fransada yəhudiləri qətlə yetirən cinayətkar 10 saatlıq əməliyyat nəticəsində tutulub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, onun gizləndiyi ev mühasirəyə alınıb. Əvvəlcə təslim olmaqdan imtina edən cinayətkarla atışmada 3 polis əməkdaşı yaralanıb. Onun gizləndiyi beş mərtəbəli binadan insanlar çıxarılıb. Binanın qazı və işığı kəsilib.

Əməliyyata şəxsən rəhbərlik edən Fransanın daxili işlər naziri Klod Qeanın verdiyi məlumata görə, Əlcəzair mənşəli Fransa vətəndaşı olan 24 yaşlı Məhəmməd Merahın \"Əl-Qaidə\" ilə əlaqəsi var. Cinayətkarın təslim olmasından əvvəl onun anası, qardaşı və qardaşının arvadı tutulub. Onun gizləndiyi evin yerini isə qardaşının istifadə etdiyi kompyuterinin IP ünvanı ilə tapmaq mümkün olub.

Xatırladaq ki, həmin şəxsin yəhudi məktəbinə silahlı hücumu nəticəsində 3 uşaq və 1 müəllim ölmüşdü. Bundan əvvəl isə Tuluza və ona yaxın şəhərdə də törədilən oxşar insidentlərdə 3 nəfər qətlə yetirilmişdi. Hər 3 hücumda eyni silahdan istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə