“Əl-Qaidə” İraqda baş verən silsilə terror aktlarını öz üzərinə götürdü

“Əl-Qaidə” İraqda baş verən silsilə terror aktlarını öz üzərinə götürdü

"Əl-Qaidə" terror qruplaşması Bağdadda 52 nəfərin ölümünə səbəb olan silsilə terror aktları ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partlayışları törətməkdə məqsəd Ərəb Dövlətləri Liqasının sammiti ərəfəsində İraqın güc strukturlarının nə qədər zəif olduğunu sübut etmək olub.

Qeyd edək ki, sözügedən sammit İraqda son 20 il ərzində keçirilən ilk tədbir olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə