7,6 ballıq zəlzələ Meksikanı silkələdi

7,6 ballıq zəlzələ Meksikanı silkələdi

Meksikanın cənub-qərbində, Akapulka turist şəhərində güclü zəlzələ qeydə alınıb. Xarici mətbuata istinadən verilən xəbərə görə, 7,6 bal gücündə baş verən yeraltı təkanlar 400 kilometr aralıda yerləşən paytaxt Mexikoda da hiss edilib. Təlaş içində olan sakinlər küçələrə axışıb. Minə yaxın evin uçulduğu bildirilir. Telefon dirəkləri, dəmir yolu relsləri və digər kommunikasiya xətləri sıradan çıxıb.


Ölkə prezidenti Felip Kalderon Tvitterdəki səhifəsində bildirib ki, Akapulkada böyük dağıntılar və təlafat olmayıb.


Yerli kütləvi informasiya vasitələri isə uçan körpünün altında bir nəfərin həlak olduğunu xəbər verir.


Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə