"Bu, bir faciədir və bunu edə bilən ağılsız insanlar var". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Nikolya Sarkozi Tuluza şəhərində yəhudi məktəbi qarşısındə 3 uşaq və 1 müəllimin öldürülməsinə münasibət bildirərkən deyib. O, bu qətlin bağışlanmaz olduğunu bildirib.
Qeyd edək ki, silahlı insident valideynlər uşaqları məktəbə gətirərkən baş verib. Motosikletdə əraziyə gələn naməlum cinayətkar məktəbin qarşısında atəş açdıqdan sonra ərazidən qaçmağa müvəffəq olub. Ölənlər məktəbin 30 yaşlı müəllimi, eləcə də onun 3 və 6 yaşlı uşaqlarıdır. İnsidentin dördüncü qurbanının isə məktəbin digər müəlliminin 8-10 yaşlarında uşağı olduğu bildirilir. 17 yaşlı bir nəfər isə ciddi xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB