Parisdə növbəti terror

Fransanın paytaxtı Parisdə İndoneziya səfirliyinin binası qarşısında partlayış olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polisin şahidlərə istinadən verdiyi məlumata görə, 3 naməlum şəxsin əraziyə qoyduğu naməlum bağlama partlayıb. Xəsarət alan olmayıb.

Bu arada Fransanın Tuluza şəhərində öən gün yəhudi məktəbinə silahlı hücumdan sonra ölkənin cənubunda yüksək həyəcan və anti-terror planı elan edilib. Regionda ötən gün 3 uşağın və bir müəllimi qətlə yetirən cinayətkarın fəal axtarışı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə