Fransanın Tuluza şəhərində öən gün yəhudi məktəbinə silahlı hücumdan sonra ölkənin cənubunda yüksək həyəcan və anti-terror planı elan edilib. Regionda ötən gün 3 uşağın və bir müəllimi qətlə yetirən cinayətkarın fəal axtarışı aparılır. Tuluza şəhərinin yəhudi icmasının nümayəndəsi Nikol Yardeni müşahidə kameralarının görüntüsünü izləyərək deyib ki, atəş açan şəxs sakit və normal görünüb. İstintaq hesab edir ki, bu silahlı insidentlə Tuluzada bir həftə əvvəl törədilmiş qətl eyni silahdan həyata keçirilib. Fransa polisi həmçinin Parisdə iki sinaqoqa hədələyici məktub göndərilməsi faktı üzrə araşdırmaya başlayıb. İnsidentlə əlaqədar prezident kampaniyası hələlik dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB