Londonda etiraz aksiyası keçirilib

Londonda etiraz aksiyası keçirilib

İngiltərənin paytaxtı Londonda Suriya hökuməti əleyhinə etiraz aksiyası keçirilib. Suriya səfirliyi qarşında keçirilən aksiyaya 100-lə etirazçı qatılıb. Aksiyada etirazçılar Suriya prezidenti Bəşər Əsədə qarşı şüarlar səsləndiriblər və onun xalqa qarşı zülmünə son qoymasını tələb ediblər.


Nümayişdə həmçinin, İngiltərə hökumətinə müraciət olub. Etirazçılar hökumətin ölkədəki Suriya səfirliyini bağlamasını tələb ediblər: "Əks halda bu Suriya hökumətinin etdiklərini tanımaq olardı".


Digər tərəfdən isə Bəşər Əsəd tərəfdarlarının prezidentə dəstək nümayiş baş tutub. Təhlükəsizlik qüvvələri qarşıdurma ehtimalına qarşı gücləndirilmiş iş rejimində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə