Fransada Suriya hökuməti əleyhinə etiraz aksiyası keçirilib

Fransada Suriya hökuməti əleyhinə etiraz aksiyası keçirilib

Fransada Suriya hökuməti əleyhinə etiraz aksiyası keçirilib. Paytaxt Parisdə baş tutan aksiyaya 2000-ə yaxın insan qatılıb. Aksiya iştrakçıları əllərində Suriya bayraqları ilə Əsəd rejiminə qarşı şuarlar səsləndiriblər. Aksiyada etirazçılar Fransanın Suriya rəhbərliyi ilə danışıqlara son qoymasını və rejimə qarşı hərəkətə keçməsini tələb ediblər.


"Suriya rejimi qana susayıb. Məsələnin artıq diplomatik yolla həlli mümkün deyil. Beynəlxalq ictimaiyyət Azad Suriya Ordusuna dəstək göstərməlidir" - deyə etirazçılardan biri qeyd edib.


Onu da qeyd edək ki, ölkə müxalifəti də, həmçinin, hərbi müdaxilə tərəfdarıdır. Lakin heç bir rəhbərlik müxalifəti silahlandırmağı öz boynuna götürmür. Fransa hökuməti bu cür tələbi dəfələrlə rədd edib və bildirib ki, üsyançıları silahlandırmaq ölkədə vətəndaş müharibəsinin alovlanmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə