Baş naziri qane etməyən iki nazir istefa verdi

Baş naziri qane etməyən iki nazir istefa verdi

Bolqarıstanda iqtisadiyyat enerji və turizm naziri Trayço Traykov ilə səhiyyə naziri Stefan Konstantinov tutduqları vazəfədən istefa veriblər. Baş nazir Boyko Borisov "Hökumətin ən zəif nazirləri" – kimi qiymətləndirdiyi şəxslərin istefasını qəbul edib.

İşlərində yol verdikləri nöqsanlara görə, Traykov və Konstatinova dəfələrlə xəbərdarlıq edildiyini deyən Boyko Borisov sabiq nazirlərin istefanın səbəbləri barədə mətbuata bu gün ətraflı açıqlama verəcəklərini qeyd edib. Baş nazir həmçinin hər iki vəzifəyə daha uyğun şəxslərin təyin olunacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə