İsrail Milli Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Bürosu, İsrail vətəndaşlarını yəhudiləri hədəfə alan terror hücumları səbəbi ilə Türkiyəyə getməməyə çağırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İsrail qəzeti "Jerusalem Post", Milli Təhlükəsizlik Şurasının Terrorla Mübarizə Bürosunun, \"Terror üzvləri, Türkiyədəki israillilərə, yəhudilərə qarşı qarşıdakı günlərdə bir hücum planlaşdırır\" ifadələrini işlədərək, israillilərin ölkə xaricinə səyahət etməmələrini bildirib.
Qəzet yazır ki, bu addıma səbəb ötən günlərdə İsarilin bir neçə ölkədəki səfirliyinə edilən İran ssenarili hücum və yenə ötən günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İsrailə qarşı sərt danışığı olub.
İsrailin başqa bir mətbu orqanı olan "Yedioth Ahronoth" isə yazır ki, Terrorla Mübarizə Bürosu \"İran İsrail axtarır\" deyərək, \"İsrail və yəhudilərə qarşı hücumların arxasında İran var\" bildirib.
Qəzetə müsahibə verən, lakin adı açıqlanmayan bir rəsmi şəxs isə bildirib ki, \"İran tərəfi, yalnız Türkiyədə deyil, bütün dünyadakı israilli iş adamlarını və yəhudiləri tapmağa çalışacaq.\"
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB