İsveçrədə avtobus qəzası: 28 ölü

İsveçrədə avtobus qəzası: 28 ölü

İsveçrədə qış tətilindən geri qayıdan belçikalı tələbələr qəzaya düşüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, onların olduğu avtobus Sierdəki tuneldə qəzaya uğrayıb. Hadisə nəticəsində 28 nəfər həyatını itirib, 24 adam isə yaralanıb. Ölənlərdən 22-nin azyaşlı olduğu bildirilib. Hadisə yerinə axtarış-xilasetmə qrupları, təcili tibbi yardım avtomobilləri və vertolyotlar cəlb olunub.

Məlumata görə, avtobusda 52 nəfərin olduğu bildirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə