Yaxın Şərqdə Fələstin-İsrail gərginliyi davam etməkdədir. Ötən gün İsrail hava qüvvələrinin Qəzza bölgəsinə yenidən raket zərbələri endirdiyi xəbər verilir. İsrailin hərbi təyyarələrinin Beyt-Ləhyə şəhərinə hücumu nəticəsində daha 4 fələstinli qətlə yetirilib. Onlardan 2-nin fələstinli döyüşçü, digər iki nəfərin isə dinc sakin olduğu deyilir. Bundan başqa, hadisə yerində olan bir çox sakinlərin yaralandığı bildirilir. Bununla da ötən həftədən bəri Qəzza bölgəsində qətlə yetirənlərin sayı 23 nəfər çatıb. Ölənlər arasında "Milli Müqavimət Komitələrinin" 2 hərbi komandiri də olub. Yaralıların sayı isə, yəhudi sakinlər də daxil olmaqla 80 nəfərə yaxındır.
İsrailin müdafiə naziri Ehud Barak avizərbələrin fələstinlilərin hücumlarına cavab kimi qiymətləndirib: "Hücumlar davam etdirilərsə, biz buna cavab verəcəyik. Belə çağırışların öhdəsindən gəlmək üçün böyük təmkin və cəsarət tələb olunur. Bununla belə biz dinc əhalimizi qorumaqda israrlıyıq".
Qeyd edək ki, İsrailin sərhədyanı məntəqələrinə, o cümlədən Aşdod şəhərinə 4 gün ərzində 140-dan çox raket və minaatan mərmisi buraxılıb. Əksər raketlər İsrailin "Dəmir qübbə"adlı müdafiə sistemi ilə dəf edilsə də, onlardan bəziləri yaşayış məntəqələrində partlayıb.
Yaxın Şərqdən daxil olan son məlumatlara əsasən, Qəzza bölgəsində fələstinlilərlə yəhudilər arasında müvəqqəti atəşkəs razılaşması əldə edilib. Atəşkəs danışıqlarında əsas vasitəçi qismində misirli nümayəndə heyəti çıxış edib. Hələlik heç bir tərəf razılaşmanın təfərrüatları barədə məlumat vermir.
İsrailin ötən həftədən davam edən hava zərbələri nəticəsində azı 25 fələstinli qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB