Əsəd Türkiyə sərhədinə qoşun yığıb

Əsəd Türkiyə sərhədinə qoşun yığıb

Suriyada Birləşmiş Millətlər Təşkilatının (BMT) və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın president Bəşər Əsədlə keçirdiyi görüş bitməmiş Türkiyə sərhədində vəziyyət gərginləşib. SİA-nın verdiyi məlumata görə buna səbəb Suriya ordusunun Türkiyəyə qaçmağa çalışan 25 mindən çox müxalifət üzvlərinin ailələrinə mane olmağa çalışmasıdır.


Humus şəhərinə hücumdan sonra Əsəd ordusu Türkiyə sərhədindəki İdlibi yaşayış məntəqəsini mühasirəyə alıb. AFP xəbər agentliyinin verdiyi xəbərə görə, bu şəhərdən qaçan və sərhədi keçənlərin sayı 189-u ötüb. Mənbə məlumat verir ki, demək olar ki, hər gün Türkiyə sərhədini 40-50 nəfər keçməyə müvəffəq olur. Sərhədə yaxın Güveççi kəndinin sakinləri səhərin erkən saatlarında silah və partlayış səslərinə oyandıqlarını bildiriblər.

Türkiyə mənbələri isə bu günə qədər Suriyadan qaçan mühacirlərin sayının 12519 nəfərə çatdığını bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə