Suriyada ölənlərin sayı durmadan artır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu gün müxaliflərə qarşı əməliyyatlarda ordu qüvvələrinin atəş açması nəticəsində ölənlərin sayı 81 nəfərə yüksəlib. Suriya İnsan Haqqlarının yaydığı məlumatda bildirilir ki, ümumilikdə Suriyanın İdlibdə 10, Hama şəhərində 12, Dərədə 5, Hələbdə 2 və paytaxt Dəməşqdə bir nəfər öldürülüb. Bununla belə hadiələrdə xeyli sayda insanın yaralandığı söylənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB