İranla Ermənistan sərhədində “Dostluq və sülh” parkı salınacaq

İranla Ermənistan sərhədində “Dostluq və sülh” parkı salınacaq
İran İslam Respublikası ilə Ermənistan sərhədində "Dostluq və sülh" parkı salınacaq.SİA-nın İran mediyasına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İran prezidentinin müavini Muhamməd Cavad Muhammədzadə jurnalistlərə açıqlamasında verib. Muhammədzadə parkın İrəvanla Tehran arasında bağlanmış ekologiya razılaşmasına əsasən hər iki ölkənin sərhədindəki 100 000 hektarlıq ərazidə salınacağını deyib. "Park hər iki ölkənin sərhəd zolağı mühafizə edilərək salınacaq. Parkın coğrafi ərazisi GPS vasitəsilə 2 ayda müəyyənləşəcək və daha sonra da qüvvəyə minəcək. İki ölkə arasında ekologiya əməkdaşlığı mövzusundakı ilk protokol 10 il əvvəl imzalansa da indiyə qədər konkret addım atılmamışdı", – deyə prezidentin müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə