Amerikanın məşhur gitara ifaçısı ölüb

Amerikanın məşhur gitara ifaçısı ölüb

Amerikanın məşhur gitaraçısı Ronnie Montrese 64 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mərhum uzun müddət prostat xərçəngindən əziyyət çəkib.


Ronnienin meneceri açıqlamasında bildirib ki, gitaraçı Kaliforniyadakı evində ölüb.


Qeyd edək ki, Montrose 1973-cü ildə özünün yaratdığı musiqi qrupu ilə yanaşı, bir çox məşhur sənətçilərlə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə