Afrika ölkəsi Konqoda dəhşətli partlayış baş verib. Paytaxt Brazzavildə silah-sursat anbarının partlaması nəticəsində 200-ə yaxın insan dünyasını dəyişib. Güclü partlayış dalğası qonşuluqda olan Kinşasa şəhərində belə əksər dükanların və iaşə obyektlərinin şüşələrini sındırıb. Şəhərdə qəza qurbanlarına tibbi yardım göstərən həkimlər böyük bir məhəllənin darmadağın olduğunu bildirib. Binaların əksəriyyətinin tavanları uçub. Ərazidə yaşayan bir çox sakinlər uçmuş yaşayış evlərinin altında qalıb.
Ölkənin müdafiə naziri hadisənin baş vermə səbəbi kimi suiqəsd versiyasını rədd edərək, partlayışın silah-sursat anbarındakı yanğın səbəbilə baş verdiyini bildirib. Qeyri-rəsmi mənbələrin verdiyi məlumata əsasən, xəsarət alanların sayı 1500-ə yaxındır.
Partlayış nəticəsində Rusiyanın səfirlik binasına da zərər dəyib. Bu ölkədə yaşayan diaspora üzvlərinin yeni prezident seçdiyi bir ərəfədə, partlayışdan doğan güclü dalğa binanın şüşələrini sındırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB