Fransa prezidenti Nikolas Sarkozi ölkəyə gələn miqrant sayını azaldacaq. Bu barədə Sarkozi Bordo şəhərində keçirdiyi seçkiqabağı mitinqdə deyib. Ölkə prezidentliyinə yenidən namizəd olan Sarkozi əcnəbilərə verilən səsvermə hüququna da qarşı çıxıb və bildirib ki, bələdiyyə sədrləri miqrant qrupların şantajlarına baş əymək məcburiyyətində qalır.
Ölkədə bəzi siyasi partiyaların tələb etdiyi "halal ət" məsələsindən də danışan Sarkozi bunun ölkəsinin bəzi prinsipləri ilə təzad təşkil etdiyini deyib. "Əlbətdə bütün istehlakçılar yedikləri ətin necə kəsildiyini bilmək hüququna sahibdirlər. Bununla yanaşı məktəblərdə halal ət və qızlar üçün ayrıca üzgüçülük hovuzu Fransanın plüralizm prinsipinə ziddir".
Qeyd edək ki, ölkədə keüçirilən son ümumxalq sorğusu Sarkozinin sosialist namizəd Fransua Holland qarşısında nüfuzunu itirdiyini göstərir. Yerli mətbuat isə sağçıların səslərini almaq istəyən Sarkozinin ölkəyə miqrant girişi ilə bağlı problemlərə üstünlük verdiyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB