Qəddafini devirmək üçün vuruşan üsyançı qüvvələr qanunsuz qətllər və işgəncələr törədib
Liviyada aparılan araşdırmalara əsaslanan 100-dən çox səhifədən ibarət məruzədə bildirilir ki, Qəddafiyə sadiq qüvvələrin cinayətləri daha çox olsa da və insanlığa qarşı cinayət səviyyəsinə qədər yüksəlsə də, üsyançıların törətdiyii cinayətlər də bundan az deyil. Verilən məlumata görə, müxalifət tərəfdarları ötən ilin aprel-iyul aylarında 10-dan çox Qəddafi tərəfdarı və təhlükəsizlik rəsmisini qanunsuz qətlə yetiriblər.
Hesabatda zorakılıq hallarının yeni hökumətin rəhbərliyi altında da davam etdiyi göstərilib. Üsyançıların Liviyanın şərqinə nəzarəti ələ keçirməsindən sonra bir qrup qəzəbli müxalifət tərəfdarının həbs olunan onlarla hərbçini və hökumət qüvvələri tərkibində vuruşan muzdlu döyüşçüləri atəş açaraq, asaraq və ya digər işgəncələr verməklə öldürdüyü bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB