Yaponiyanın Baş naziri ABŞ ilə KXDR arasında razılaşmanı alqışlayıb

Yaponiyanın Baş naziri ABŞ ilə KXDR arasında razılaşmanı alqışlayıb

Yaponiyanın Baş naziri Yoşihiko Noda ABŞ ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında razılaşmaya əsasən əldə edilmiş nüvə moratoriumunu alqışladığını bildirib.

Martın 1-də parlamentdə çıxış edən Y.Noda qeyd edib ki, bu razılaşma KXDR ilə bağlı bir çox məsələlərin həllinə doğru atılmış mühüm addımdır. Həmin məsələlər arasında oğurlanmış yapon vətəndaşlarının qaytarılması, nüvə və raket layihələri xüsusi yer tutur.

Yaponiyanın mövqeyi barədə sualı cavablandıran Baş nazir bildirib ki, hökumət KXDR-in nüvə proqramı ilə bağlı altıtərəfli danışıqların digər üzvləri ilə vəziyyətin təhlili və müşahidənin təşkili məsələlərini birgə işləyəcəkdir.

Bu zaman Y.Noda hökumətin KXDR ilə birbaşa əlaqələr yaradacağı barədə danışmayıb.


Vüqar Ağayev

Bütün xəbərlər Facebook səhifəmizdə