Liviyanın cənubunda tayfalararası toqquşmalarda 100-dən çox adam ölüb
Liviyada vəziyyət yenidən gərginləşib. NATO qüvvələrinin üsyançılarla birgə Qəddafi üzərində əldə etdiyi qələbənin əks-sədası kəsilməmiş yeni qarşıdurmalara start verilib. SİA-nın xarici mənbələrə istinadən verdiyi məlumata görə, bu dəfə tayfalar bir-biri ilə nəyi isə bölüşdürə bilmir. Ərəb dövlətlərinin əksəriyyətində hələ də hakim olan tayfa ənənələri mərkəzi dövlətçiliyi inkar etdiyindən belə qarşıdurmaların hələ çox davam edəcəyi şəksizdir. "Associated Press" xəbər verir ki, Kufra şəhərindəki toqquşmada ölənlərin sayı 100-ü ötüb. Minlərlə insan ev-eşiyini tərk edərək qaçmağa məcbur olub. Hələlik qaçqınların dəqiq sayı bilinmir. Bəzi mənbələr onların sayının 50 minə çatdığını bildirir.
Xatırladaq ki, ölkənin cənubunda iki tayfa arasında silahlı qarşıdurma fevralın 12-də başlayıb. Aralarında toqquşmanın baş verdiyi ərəb züvəyyə tayfası ilə Afrika tubuları çoxdan düşmənçilik edir. Bir müddət əvvəl züvəyyədən olan qaçaqmalçının digər tayfa üzvləri tərəfindən öldürülməsi isə tərəflər arasında gərginliyi pik həddinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB