"Londonu işğal et" hərəkatının düşərgəsi dağıdıldı, 20 nəfər həbs edildi
Böyük Britaniyanın paytaxtı Londonda "Londonu işğal et" sosial hərəkatının düşərgəsi sökülüb. Polis və məhkəmə icraçıları fevralın 27-dən 28-nə keçən gecə anti-qlobalistlərin Müqəddəs Paul kilsəsi önündə qurduqları düşərgəni yerlə yeksan ediblər. Düşərgənin sökülməsi səhərə yaxın başa çatıb. Hərəkat üzvləri taxta sədlərlə düşərgəni qorumağa çalışsalar da, buna nail ola bilməyiblər. Onlar kilsənin önü qarşısında dayanmağa davam edirlər.
Ötən həftə etirazçılar öz düşərgələrinin sökülməsinə dair məhkəmə qərarına qarşı apellyasiya ərizəsi təqdim edə bilməyiblər. Böyük Britaniyanın ali məhkəməsi nümayişçilərə aşağı instansiyanın qərarına etiraz etmək imkanı verməkdən imtina edib. Ali məhkəmə Siti administrasiyasının etiraz düşərgəsini sökmək qərarını "qanuni və əsaslanmış" hesab edib.
Düşərgənin sökülməsinə etiraz edən 20 nəfər saxlanılıb.
Xatırladaq ki, iri korporasiyaların acgözlüyünə etiraz edən anti-qlobalistlərin "Londonu işğal et" hərəkatı ötən il oktyabrın 15-də Londonun mərkəzində düşərgə salıb və bu, Müqəddəs Paul kilsəsinin ikinci dünya müharibəsindən bəri ilk dəfə bağlanmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB