Putinə sui-qəsd planının üstü açılıb

Putinə sui-qəsd planının üstü açılıb

Rusiyanın baş naziri və prezidentliyə namizəd Vladimir Putinə sui-qəsd planının üstü açılıb. SİA-nın "rian.ru" saytına istinadən verdiyi xəbərə görə, artıq bu barədə məlumatı Ukrayna xüsusi xidmət orqanları təsdiq edib.

Belə ki, yanvarın əvvəllərində Odessada yaşayış evlərindən birində partlayış baş verib. Ukrayna xüsusi xidmət orqanlarının hadisə baş verən ərazidə apardıqları araşdırmadan sonra hadisənin məişət zəminində yox, partlayıcı maddələrdən baş verdiyi məlum olub. Bu zəmində istintaq qrupu dəstə üzvlərinin izinə düşüb. Daha sonra həmin evdə terrorçu olmaqda şübhəli bilinən şəxslər və partlayıcı qurğu hissələrinin aşkar edilməsi ilə Ukrayna xüsusi-xidmət orqanları rusiyalı həmkarlarını bu barədə məlumatlandırıb. Dəstə üzvlərinin yaşadığı evdə Vladimir Putinin avtomobil karvanının hərəkətini, cangüdənlərini əks etdirən videoyazılar da aşkar edilib.

Aparılan əməliyyatlar zamanı dəstənin üzvləri ilin əvvəlində Ukraynanın Odessa şəhərində saxlanılıblar. Saxlanılan şəxslər Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə vasitəsilə Ukraynaya gəldiklərini və Şimali Qafqaz döyüşçülərinin lideri Doku Umarovun göstərişlərinə əsasən hərəkət etdiklərini etiraf ediblər.

Hadisənin dəqiq detallarına gəlincə isə Moskvada partlayışlar Rusiyada keçiriləcək prezident seçkilərindən dərhal sonra həyata keçiriləcəkmiş. Hazırda Ukrayna və Rusiya xüsusi xidmət orqanları araşdırmalara davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə