İran MAQATE nümayəndələrini zavodlara buraxmayıb

İran MAQATE nümayəndələrini zavodlara buraxmayıb

İranda rəsmi səfərdə olan BMT – atom enerjisi üzrə ekspertləri İslam Respublikasının rəhbərliyi ilə 2 günlük danışıqların bir nəticə vermədiyini bildirib. SİA-nın xəbərinə görə, İran hökuməti Agentliyin nümayəndə heyətinə Parçin hərbi obyektində təftiş işləri aparmağa razılıq verməyib.

Qeyd edək ki, Qərb ölkələri İranın uranın zənginləşdirilməsi proqramı adı altında əslində nüvə silahı hazırladığını iddia edir. Rəsmi Tehran isə bu ittihamları rədd edərək, nüvə proqramının yalnız dinc məqsəd daşıdığına inandırmağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə