Əfqanıstandakı nümayişlərdə 6 nəfər öldürüldü

Əfqanıstandakı nümayişlərdə 6 nəfər öldürüldü

Əfqanıstanda NATO ordusunun "Qurani-Kərim"in nüsxələrini yandırması böyük etiraza səbəb olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, nümayişlər zamanı ordu qüvvələrinin açdığı atəş nəticəsində 6 nəfər həyatını itirib. Etiraz dalğalarının geniş yayıldığı paytaxt Kabildə nümayişçilər əllərində plakatlar saxlayaraq "Amerikaya ölüm" şüarları səsləndiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə