Sumqayıtda yanğın ölümə yol açdı

Sumqayıtda yanğın ölümə yol açdı

Sumqayıt şəhərində ümumi sahəsi 12 kvadratmetr olan istifadəsiz köşk yanıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Valeri Nikolayeviç Kisilyovun cəsədi aşkar olunub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə