İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi Türkiyənin keçmiş sabiq Baş Qərargah rəisi general İlkər Başbuğ haqqında hazırlanan iddianamə üzərində araşdırmanı tamamlayaraq bu iddianı qəbul edib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, qəbul edilən qərarda İlkər Başbuğa qarşı qaldırılan iddianın qanuni olaraq araşdırıldığı və irəli sürülən iddiaların qəbulu haqda qərar verildiyi deyilir. Baş Qərargah rəisinin martın 22-də yenidən məhkəmə önünə çıxacağı bildirilir. Qeyd edək ki, İlkər Başbuğ, "Türkiyə Cümhuriyyət hökumətini aradan qaldırmaq və ya onun vəzifəsini həyata keçirməyə mane olmağa təşəbbüs etmək", eyni zamanda "bu məqsədlə silahlı terror təşkilatı yaratmaq və onu idarə etmək" kimi cinayətlərdə günahlandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB