Xocalı soyqırımının 20 illiyi ilə bağlı Almaniyada aksiya keçiriləcək

Xocalı soyqırımının 20 illiyi ilə bağlı Almaniyada aksiya keçiriləcək

Almaniyanın Maqdeburq şəhərində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbusü ilə etiraz aksiyası keçiriləcək. SİA-nın məlumatına görə, fevralın 18-də baş tutacaq aksiya Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunacaq. Aksiyanın özəl xüsusiyyəti isə onun avtomobillər vasitəsilə həyata keçirilməsidir. Burada da əsas məqsəd isə ermənilərin törətdiyi vəhşilikləri ictimaiyyətin diqqətinə bir daha çatdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə