Tükiyədə PKK terrorçularına qarşı əməliyyat davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Şırnak vilayətinin Uludərə rayonunda təhlükəsizlik qüvvələrinin PKK terrorçularına qarşı keçirdiyi əməliyyatda 2 hərbçi şəhid olub, 3 nəfəri yaralanıb, 10 terrorçu isə məhv edilib.
Bundan əlavə Diyarbəkirdə də terrorçularla təhlükəsizlik qüvvələri arasında baş vermiş insidentdə 1 PKK terrorçusu öldürülüb. Terrorçular Diyarbəkir – Mardin maqistral yolunda idarə etdikləri avtomobili qoyaraq qaçıblar. Hərbçilər avtomobildən 150 kq partlayıcı maddə taparaq götürüblər. Qeyd edək ki, bölqədə hərbi əməliyyatların davam etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB