Rusiyada martın 4-də keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək indiki baş nazir Vladimir Putin seçkiqabağı təbliğat kampaniyası üçün orijinal vasitəyə əl atıılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gündən Moskvada bütün işıqforlarının yaşıl işıqları yananda Putinin portreti görünür.
Məlumatda qeyd edilir ki, evlərindən çıxıb işə gedən moskvalılar bütün qovşaq və yollardakı işıqforlarda Putinin portetlərini görəndə təəccübləniblər. Prezidentliyə namizədin tərəfdarları yaradıcı reklamla öyünməkdən belə çəkinməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB