Yasamal qaranlığa qərq olub

Yasamal rayonunun bir hissəsi qaranlığa qərq olub. SİA-nın verdiyi məlumata görə, Nərimanov prospektində yerləşən mənzillərə elekrtik enerjisinin verilişi dayandırılıb.Yasamal Rayon İşıq İdarəsindən isə bildirdilər ki, rayon ərazisindən elekrtik enerjisinin kəsilməsinə səbəb ərazidə baş verən texniki qəzadır. Hazırda ərazidə təmir işləri aparılır. Bir saat arzində elektrik enerjisinin verilişi tam bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə