Çində gəmi batdı: 9 ölü

Çində göllərin birində gəminin batması nəticəsində 9 nəfər boğularaq ölüb, 2 nəfər isə itkin düşüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Çin mediasının xəbərinə görə, hadisə nəticəsində gəmidə olan 17 nəfər ekipaj üzvündən 6-sı xilas edilib. Sanzou 666 adlı gəminin batmasına səbəb isə pis hava şəraiti olub.


Bütün xəbərlər Facebook səhifəmizdə