Yunanıstan borc içində boğulur

Yunanıstan borc içində boğulur

Cari ilin Mart ayında Yunanıstan borclu olduğu 14.5 mlrd evronu kerditorlara qaytarmalıdır. SİA-nın "Qazet.ru" saytına istinadən verdiyi xəbərə görə, əgər borc qaytarılmasa rəsmi Afina defoltla üzləşməli olacaq. Mətbu orqanın xəbərinə görə, borc içində boğulan hakimiyyət İspaniya – 462 mln dollar, İsveçrə 571 mln dollar, İtaliya 1.87 mlrd dollar, Belgiya – 1.9 mlrd dollar, ABŞ- 2.32 mlrd dollar, Böyük Britaniya – 3.25 mlrd dollar və Fransaya – 10.69 mlrd dollar, Almaniyaya isə 12.41 mlrd dollar borcu var. Rəsmi Afinanın ən çox borcu Avropa Mərkəzi Bankınadır. Belə ki, dövlətin banka borcu 40 mlrd dollardır.

Bu zəmində Yunanıstanda Avropanın ciddi tədbirlər paketinə qarşı etirazlar davam edir. Ötən gün paytaxt Afinada keçirilən etiraz aksiyasında 100-dən çox insan iştirak edib. Etirazçılar yağışlı və küələkli havada Yunanıstan parlamenti qarşısına yığılıblar. Troyka - yəni Avropa Birliyi, Avropa Bankı və Beynəlxalq Valyuta Fonduna qarşı şüarlar səsləndirilib. Həmkarlar İttifaqı 24 saatlıq tətil elan edib. Hökumət isə bu il azı 15 min iş yerinin bağlanacağını bildirib.

Qeyd edək ki, Yunanıstan hökməti maliyyə böhranından çıxmaq məqsədilə Troykadan 170 milyard dollar məbləğində yeni kredit paketi əldə etməyə çalışır. Troyka isə bunun üçün Yunanıstandan ölkədə köklü islahatlara getmək kimi bəzi öhdəliklər tələb edir. Əhali isə artan vergi və azalan dövlət xərclərinə etirazlarını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə