Suriyada vəziyyətin gərgin olduğu bir zamanda ABŞ Dəməşqdəki səfirliyini bağlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dünən ABŞ səfiri Robert Ford və digər diplomatlar Suriyanı tərk ediblər. ABŞ-ın Suriyada səfirliyini bağlaması Vaşinqtonun Bəşər Əsəd rejiminə qarşı artıq hərbi əməliyyat qərarı verməsi kimi dəyərləndirilməyə başladığı bir məqamda isə Ağ Evdən fərqli bir bəyanat gəlib. ABŞ prezidenti Barak Obama sanksiyalarla Bəşər Əsəd rejimini təzyiq altında saxlayaraq keçid hökuməti qurulması üçün səy göstərəcəklərini söyləyib. Barak Obama Suriyaya hərbi müdaxilə olmadan bir çözüm ehtimalı olduğunu da vurğulayıb.
Sərhəddə isə qarşıdurma davam edir. Böyüklüyünə görə 3-cü şəhər olan Homsda onlarla yaralının xəstəxanaya aparıldığından sonra donor qanı və dərman çatışmazlığının yarandığı xəbər verilir. Üsyançı Azad Suriya Ordusunun iki gün ərzində ölənlərin sayının 300-dən artıq olduğunu bildirib. Rəqəmlərin təsdiq olunduğu təqdirdə bu ötən ilin mart ayından bu yana Suriyada bir gün ərzində baş verən ən böyük insan itkisi sayılacaq.
Beynəlxalq aləm isə Suriyada mövcud vəziyyətı sabitləşdirmək üçün çıxış yolları axtardığı zaman İngiltərənin "Financial Times" qəzeti yeni iddialar ortaya qoyub. Qəzet etibarlı mənbələrə istinadən verdiyi xəbərə görə, Fransa və ABŞ-ın dəstəyi ilə Türkiyənin sərhədindən kömək üçün dəhliz açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB