Obamanın nənəsi avtomobil qəzasına düşüb

Obamanın nənəsi avtomobil qəzasına düşüb

ABŞ prezidenti Barak Obamanın Keniyada yaşayan nənəsi avtomobil qəzasında yaralanıb.

Bu barədə məlumat verən Sarah Obamanın yaxın qohumu Obamanın ögey nənəsinin dünən ölkənin qərbindəki Koqalo kəndinə gedərkən avtomobil qəzasına düşdüyünü və yüngül xəsarətlər aldığını bildirib.


Adının gizli qalmasını istəyən qohum bildirib ki, Obamanın nənəsinin içində olduğu maşının sürücüsü Kisumu hava limanının yaxınlığında yük maşınını keçmək istəyərkən qəza törədib.


Sarah Obama ABŞ prezidentinin babasının ikinci arvadıdır. Barak Obama özünün məşhur memuarı olan "Dreams from My Father" ("Atamdan xatirələr") kitabında Sarah Obamanı "nənə"si adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə