İsrailin xarici işlər naziri “erməni soyqırımı”nın qəbuluna qarşı açıq şəkildə çıxış edib

İsrailin xarici işlər naziri “erməni soyqırımı”nın qəbuluna qarşı açıq şəkildə çıxış edib

Əslində indiyə qədər bu barədə yalnız onun partiya silahdaşları fikir bildiriblər. Lakin İsrailin xarici işlər naziri "RTV" kanalına müsahibəsində açıq şəkildə bu qanuna qarşı fikirlər ifadə edib. O, Azərbaycanla strateji əməkdaşlığı təhlükə altına qoymamaq üçün belə mövqeyə tərəfdar olduğunu söyləyib.

İndiyədək "İsrail bizim evimizdir" partiyasından olan silahdaşları – xarici işlər nazirinin müavini Dani Ayalon və fraksiyanın sədri Robert İlatov çıxış ediblər. Liberman müsahibəsində qeyd edib ki, İsrail ilk günlərdən Xolokostdan başqa heç bir müharibə və ya başqa faciə ilə razılaşmayıb: "Biz hesab edirik, İkinci dünya müharibəsi zamanı yəhudi xalqının başına gələnlər heç nə ilə müqayisəedilməzdir. Biz bütün tarixi faktların, tarix səhifələrində baş verən bütün kədərli hadisələrin olduğu kimi təqdim edilməsinin tərəfdarıyıq. Fransadan başqa heç bir ölkə ermənilərin soyqırımını tanımayıb. Biz buna qarışmağa hazırlaşmırıq. Bu gün bu tarixi hadisə siyasi qalmaqala çevrilib. Buna görə də düşünmürəm ki, İsrail indi bu problemə qarışmaq fikrində olsun!".

Bütün xəbərlər Facebook səhifəmizdə