İran Qərb ölkələrini Hörmuz boğazını bağlayacağı ilə hədələməsindən sonra yenidən hərbi gücünü göstərmək qərarına gəlib. Belə ki, İran dövlət kanalı İnqilab Keşikçilərinə tabe olan qüvvələrin paytaxt Tehrandan 1200 kilometr aralıda yerləşən Ciroft şəhərində keçirdiyi quru döyüş təlimlərini nümayiş etdirib. Kadlardan səhra hərbi geyimində olan əsgərlərin qumbara və minatanlardan, o cümlədən müxtəlif növ müasir odlu silahlardan istifadə etdiyini, hərbi texnika ilə manevrlər həyata keçirdiyini görmək olur.
Xatırladaq ki, İran ötən il Hörmüz boğazında oxşar təlimlər həyata keçirmişdi. 10 gün davam etmiş təlimlərdən sonra İran tərəfi ona qarşı sanksiyaların tətbiq edilməsinə cavab olaraq, dünyanın əsas neft nəqli yollarından olan Hörmüz boğazını bağlayacağı ilə hədələmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB