Suriyalı tələbələr Bəşər Əsəd rejiminə etiraz etdi

Suriyalı tələbələr Bəşər Əsəd rejiminə etiraz etdi
Suriyanın Humus şəhərində baş vermiş qanlı hadisələr səbəbi ilə Suriyanın Türkiyədəki səfirliyi önündə Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyası keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə təhsil alan suriyalı tələbələrdən ibarət təxminən 20 nəfərlik qrup səhər saatlarında Suriya səfirliyi qarşısına toplaşıb. Onlar Suriya prezidenti Əsədə qarşı şüarlar səsləndirib. Polis səfirlik qarşısında təhlükəsizlik tədbirlərini gücləndirib. Daha sonra qrup üzvləri səfirliyin binasına Suriyanın istiqlal bayrağını sancıb.


Bütün xəbərlər Facebook səhifəmizdə