Fevralın 1-də Port-Səid şəhərində futbol stadionunda baş vermiş iğtişaşlar nəticəsində həlak olmuş 77 insana görə bu gün Misirdə üçgünlük matəm elan edilib.
Misirin mədəniyyət naziri Şakir Əbdül Həmid bildirib ki, azarkeşlərin kütləvi davası yerli "Əl-Məsri" və paytaxtın "Əl-Əhli" klubları arasında görüşdən sonra başlanıb. İlkin məlumata görə, iğtişaşları "Əl-Əhli" azarkeşlərinin oyun zamanı arasında asdıqları təhqiramiz plakat qızışdırıb. Final fiti çalındıqdan sonra "Əl-Məsri"nin hiddətlənmiş fanatları təkcə rəqib komandanın azarkeşlərinə deyil, həm də oyunçularına və məşqçilər heyətinə hücum ediblər. Güc strukturları əməkdaşları Qahirə futbolçularını və onların fanatlarını xüsusi maşınlara oturdub aradan çıxarıblar. Onları Misir HHQ-nın aviabazasında şəxsən Ali Silahlı Qüvvələr Şurasının başçısı, feldmarşal Hüseyn Tantaui qarşılayıb.
İğtişaşlar nəticəsində 77 adam həlak olub, 250 nəfər xəsarət alıb. Öldürülənlər arasında güc strukturlarının 2 əməkdaşı və iki polis də var. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Cozef Blatter Port-Səid hadisələrini futbol tarixində qara gün adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB