Misirdə iğtişaşlarda xəsarət alanların sayı 120-yə çatdı

Misirdə iğtişaşlarda xəsarət alanların sayı  120-yə çatdı
Misirin paytaxtı Qahirədə yenidən iğtişaşlar baş verib. Aksiyada 4000-dən çox adam iştirak edib. Nümayişçilər Ali Hərbi Şuradan tezliklə hakimiyyətin vətəndaş idarəçiliyinə təhvil verilməsini tələb ediblər. Nümayişçilər Misirin keçmiş prezidenti Hüsni Mübarəkin və digər keçmiş hökumət nümayəndələrinin mühakimə olunmasını da tələb ediblər. Aksiya fəalları bəyan edib ki, yeni konsitusiya təsis olunana kimi ya müvəqqəti prezident seçilməli, ya da erkən prezident seçkisi keçirilməlidir. Parlament binasının önündə nümayişçiləri "Müsəlman qardaşları" islamçı hərəkatının üzvləri qarşılayıb. Kütləvi dava başlayıb. Polis onları ayırmağa çalışıb. İğtişaşlarda 120-dən çox adam xəsarət alıb. Onlarla adam ağır travmalarla xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə